RUEN

“İnsan Haqqları Uğrunda” İctimai Birliyin Beynəlxalq Layihəsi

The Decline of Europe

Əvvəlki bölməNövbəti bölmə The Decline of Europe — Yekun

Yekun

Əsas səhifə Niyə məhz Almaniya? Avropada liberal dəyərlərin və multikulturalizmin böhranı haqda Monitorinqin məqsədləri, xarakteri və metodologiyası haqda Birinci hissə. Multikulturalizmin böhranı haqda İkinci Hissə. Korrupsiya Üçüncü Hissə. İfadə azadliğinin pozulması Dördüncü Hissə. Almaniyanin penitensiar, hüquq-mühafizə və məhkəmə sistemlərindəki problemlər və qanunvericilik praktikasındaki qüsurlar Beşinci Hissə. Etiraz aksiyalarının dağıdılması zamanı əsassız güc tətbiqi Altıncı Hissə. Almaniyanın təhsil sistemində insan haqlarına riayət olunması Yekun “İnsan haqları uğrunda” İctimai Birlik

XXI əsr XX əsrdən daha amansız olacaq. Yeni təhlükələrin və yeni çağırışların öhdəsindən yalnız azad insan gələ bilər. Beynəlxalq tədqiqat qrupunun araşdırmalarının nəticələrinin də göstərdiyi kimi, hətta Almaniya kimi mütləq demokratik və liberal ölkələrdə də insan haqları və demokratiya ilə bağlı ciddi problemlər mövcuddur. Ümumavropa liberal dəyərlərinin azad insana təhlükə törədən böhranı göz önündədir. Və bu da insanın azad və ləyaqətli həyat haqqı kimi başlıca və fundamental hüququna meydan oxuyan əsas problemdir. Əgər Avropa hökumətləri şəxsiyyətin, sosial qrupun və bütün cəmiyyətin azadlıq və məsuliyyətinin əlaqəli şəkildə artımını təmin etməsələr, onda heç bir ölkə, heç bir xalq sağ qalmayacaq.

Bu tipli hesabatlar insan haqlarını pozan ölkələrin hökumətlərinə bir qayda olaraq arzu və tövsiyələr şəklində ünvanlanan müvafiq yekunun olmasını tələb edir. Lakin Almaniya kimi aparıcı demokratik ölkənin hökumət orqanlarına öz ölkəsinin vətəndaşlarının və burada yeni və xoşbəxt həyat tapmağa, bu ölkədə ikinci şans və yeni vətən əldə etməyə çalışan miqrantların hüquq və azadlıqlarının təmin olunması yollarını göstərmək bizim tərəfimizdən ədəbsizliyin son həddi olardı. Çünki Almaniyanın elə öz hökuməti dünyanın digər ölkələrində insan haqlarını fəal və ardıcıl şəkildə müdafiə edir.

Səmimi şəkildə arzulamaq istərdik ki, digər xalqların azadlığının və hüquqlarının qayğısına qalmaq öz maraq və təsir dairəsini genişləndirmək siyasətində hansısa dəyənəyə çevrilməsin. İstərdik ki, bu qayğı insanın və vətəndaşın hansı dövlətdə olmasından asılı olmayaraq ona xidmət edən strukturlaşmış dəyərlər sisteminə söykənsin.

Beynəlxalq təşkilatların çoxsaylı tövsiyələrinə laqeyd yanaşan və BMT-nin, Avropa Şurasının, “Amnesty İnternational”ın, “Transparency İnternational”ın və s. tələblərini eşitməzliyə vuran Almaniya hökumətinə indi nəyi məsləhət görmək olar?

Əlbəttə, postsovet məkanı, Mərkəzi Asiya və Şimali Afrika ölkələri qarşısında duran problemlərin fonunda Avropa İttifaqı ölkələrindəki, o cümlədən Almaniyadakı vəziyyət elədir ki, bütün Avrasiya məkanında liberal dəyərlərin xarakterik sistemli böhranı və demokratik təsisatlarda tənəzzül müşahidə olunur deyə Avropadakı vəziyyət daha rahat və əlverişli görünməlidir. Dünyada ən yüksək həyat səviyyəsindən birinə malik olan Almaniya kapital, infrastruktur, xüsusilə də elmi və ixtisaslı kadrlar kimi sərvətlərin mövcudluğu şəraitində Şərqin və Cənubun sağ qalmaq uğrunda mübarizə aparan xalqları ilə müqayisədə çoxsaylı üstünlüklərə sahibdir. Lakin bir məsələ yenə də aydın deyil: Avropa İttifaqı ölkələri Almaniyada fundamental insan hüquqlarının təmin olunması sahəsində məruzədə də təsvir edilmiş çoxsaylı problemləri doğuran qlobal iqtisadi böhran fonunda özlərini sistemli böhranın təsirlərindən qoruya biləcəklərmi? Nisbətən zəngin alman cəmiyyəti özünü demoqrafik problemlər təhlükəsindən qoruya biləcəkmi? Almaniya qloballaşma tendensiyasının öhdəsindən gələ biləcəkmi? O, parçalayıcı siyasi təmayülləri, etnik qonşuların və yaxın keçmişdəki immiqrantların getdikcə artan qəsbkarlığını, yeni traybalizmi dəf edə biləcəkmi?

Alman dövləti kimi mürəkkəb dövlət orqanizmi ilə ilk tanışlıqdan sonra bu suallara cavab almaq çox çətindir. Çünki Almaniya Avropa İttifaqının bir parçası olaraq hal-hazırda özü üçün xüsusi konstitusiya forması işləyib hazırlayır və bu proses onun siyasi enerjisinin böyük hissəsini “udur”. Avropa Şurası və keçmiş SSRİ dövlətlərinin siyasətçiləri arasında ən azı bu baxımdan hansısa ümumi cəhət var. Regionların biri inteqrasiya uğrunda mübarizə apardığı halda digərləri dezinteqrasiya yolu ilə getməyə çalışır. Almaniyanın hökumət məmurlarının fikrincə, Avropa Birliyinin gələcəyi ilə bağlı müzakirələr qarşıya əhalinin qlobal artımı, iqlim dəyişiklikləri ilə bağlı böhran, hətta liberal siyasi sistemin böhranı kimi problemlər qoyur.

Avropanın yeni doğuşunu təkrarlamaqla XXI əsrin nəhəng dövləti olmağa can atan Almaniya digərlərini məhv edə biləcək ölkə deyil. Bununla belə, o, digər ölkələr üçün lider olmağa və onları öz ictimai rifahına qoşmağa qadirdir. Bizim hesabatda təsvir olunanları nəzərə alsaq, Almaniya belə bir ölkəyə çevrilə bilərmi? Bunu sizin mühakimənizə buraxırıq.

Növbəti bölmə