RUEN

“İnsan Haqqları Uğrunda” İctimai Birliyin Beynəlxalq Layihəsi

The Decline of Europe

Əvvəlki bölmə The Decline of Europe — “İnsan haqları uğrunda” İctimai Birlik

“İnsan haqları uğrunda” İctimai Birlik

Əsas səhifə Niyə məhz Almaniya? Avropada liberal dəyərlərin və multikulturalizmin böhranı haqda Monitorinqin məqsədləri, xarakteri və metodologiyası haqda Birinci hissə. Multikulturalizmin böhranı haqda İkinci Hissə. Korrupsiya Üçüncü Hissə. İfadə azadliğinin pozulması Dördüncü Hissə. Almaniyanin penitensiar, hüquq-mühafizə və məhkəmə sistemlərindəki problemlər və qanunvericilik praktikasındaki qüsurlar Beşinci Hissə. Etiraz aksiyalarının dağıdılması zamanı əsassız güc tətbiqi Altıncı Hissə. Almaniyanın təhsil sistemində insan haqlarına riayət olunması Yekun “İnsan haqları uğrunda” İctimai Birlik

Qeyri-hökumət hüquq müdafiə təşkilatı olan “İnsan haqları Uğrunda” İctimai Birlik 2011-ci ilin iyulunda məşhur ictimai xadim, keçmiş siyasi dustaq və vicdan məhbusu Eynulla Fətullayev tərəfindən yaradılıb və elə həmin il sentyabrın 29-da Azərbaycan Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb. Təşkilatın fəaliyyəti Açıq Cəmiyyət İnstitutu, Norveç XİN, Almaniya XİN, “Black Sea Trust” və digər beynəlxalq donorlar tərəfindən dəstəklənir.

 “İnsan haqları uğrunda” İctimai Birlik və onun çərçivəsində yaradılmış haqqin.az analitik-informasiya və monitorinq portalı öz qarşısına hüquqi dövlətin inkişafına və vətəndaş cəmiyyətinin formalaşmasına, fiziki və hüquqi şəxslərin İnsan hüquqlarına dair Ümumi Bəyannamədən, İnsan hüquqlarına dair Avropa Konvensiyasından və Azərbaycan Konstitusiyasından irəli gələn hüquq və azadlıqlarının müdafiəsinə fəal dəstək vermək məqsədi qoyub.

“İnsan haqları uğrunda” İctimai Birliyin vəzifələri:

- İnsan haqlarına hörmətin əsası demək olan hüquqi inkişafa və Azərbaycan dövlətinin demokratikləşməsinə yardım etmək;

- İnsan hüquq və azadlıqlarına dair beynəlxalq standartları irəlilətmək, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsindəki beynəlxalq praktikadan və digər ölkələrin təcrübəsindən milli səviyyədə effektiv istifadə olunmasına yardım etmək;

- Vətəndaşların hüquqi müdafiəsi və vətəndaş cəmiyyəti təsisatlarının inkişafı ilə bağlı olan sosial layihələrin həyata keçirilməsi;

- Azərbaycanda və Avropada vətəndaş cəmiyyətinin və hüquqi müdafiənin vəziyyəti ilə bağlı monitorinqlər aparmaq;

- Hüquq müdafiəçiliyi fəaliyyətində vətəndaş təşəbbüslərinin dəstəklənməsi;

- İctimai maraqların hakimiyyət strukturlarında lobbiləşdirilməsi;

- Digər ölkələrdəki hüquq müdafiə təşkilatları ilə əməkdaşlıq, təcrübə mübadiləsi və tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi.

“İnsan haqları uğrunda” İctimai Birliyin əsas fəaliyyət istiqamətləri:

- Azərbaycan Respublikasında vətəndaş cəmiyyətinin formalaşmasının gedişi və hüquq mədəniyyətinin vəziyyəti barədə informasiya toplanması;

- İctimai maraqların müdafiəsinə və ictimai əhəmiyyətli problemlərin həllinə yönələn sosial layihələndirmə;

- Sosial problemlərin, icra hakimiyyəti orqanlarının qərarlarının, qanunvericilik təşəbbüslərinin və hakimiyyətin qərarlarının nəticələrinin mülki ekspertizası;

- Vətəndaş cəmiyyətinin bütün bölmələrinin nümayəndələrinin iştirakı ilə tematik və məqsədli konfransların, mühazirə, görüş və dəyirmi masaların təşkili;

- Azərbaycanda ictimai problemlərin, insan haqlarının təmin olunmasının vəziyyətinin və hakimiyyət orqanlarının fəaliyyətinin monitorinqi;

- Həbsxanaların və məhkəmə proseslərinin monitorinqi;

- İctimai və sosioloji tədqiqatların həyata keçirilməsi;

- Müstəqil, ictimai və jurnalist təhqiqatlarının həyata keçirilməsi;

- Azərbaycanda sosial problemlərin həllinə və hüquq-mühafizə sisteminin təkmilləşdirilməsinə dair tövsiyələrin işlənib hazırlanması;

- Aktual və vacib ictimai və mətbu kampaniyaların aparılması;

- İnformativ, metodiki və digər hüquq müdafiə materiallarının nəşri, təbliği və yayılması;

- Kömək üçün bizim təşkilata müraciət edən şəxslərə zəruri informasiya, hüquqi, metodiki və təşkilati yardım göstərilməsi.

Bizim haqqin.az portalı haqda 

Haqqin.az internet portalı öz səylərini insan hüquqlarının müdafiəsi və vətəndaş cəmiyyətinin əsaslarının möhkəmləndirilməsi işində birləşdirməyə çalışan ictimaiyyətin geniş kütlələrinin hüquqi maarifçilik və vətəndaş səfərbərliyi mərkəzinə çevrilməyə qadirdir.

Haqqin.az/pro internet portalına “İnsan haqları uğrunda” İctimai Birliyin fəaliyyəti və üçüncü sektorda həyata keçirilən tədbirlər haqda cari informasiyalar, insan haqları probleminə dair arayış və analitik xarakterli materiallar, ölkədə və dünyada baş verən vacib hadisələr haqda icmallar və şərhlər, tematik müsahibələr, sual-cavab formasında ekspert rəyləri və məsləhətlər daxildir.

Siz bizim portalda nəinki təkcə son “isti” xəbərlərlə tanış ola, həmçinin ölkənin məşhur ictimai-siyasi xadimlərinin vətəndaş cəmiyyəti quruculuğunun ən aktual problemləri barədəki fikirlərini “birinci əldən” öyrənə, ölkədə və dünyada həyata keçirilən sosial layihələrlə tanış ola bilərsiniz.

Biz müxtəlif ictimai təşkilatlar arasında funksional ünsiyyət vasitəsi kimi çıxış edir, ictimaiyyət nümayəndələrinə dialoq aparmaq imkanı verən analitik-informasiya və metodik meydançaya çevrilmək istəyirik.

Haqqin.az portalı öz səhifələrində fiziki və hüquqi şəxslərin qanuni hüquqlarını həmişə müdafiə edir, ölkədə qanunlara riayət olunması və insan haqlarının müdafiəsi sahəsindəki vəziyyətin köklü şəkildə yaxşılaşmasına çalışır.

Əsas səhifə