RUEN

“İnsan Haqqları Uğrunda” İctimai Birliyin Beynəlxalq Layihəsi

The Decline of Europe

Əvvəlki bölməNövbəti bölmə The Decline of Europe — Altıncı Hissə. Almaniyanın təhsil sistemində insan haqlarına riayət olunması

Altıncı Hissə. Almaniyanın təhsil sistemində insan haqlarına riayət olunması

Əsas səhifə Niyə məhz Almaniya? Avropada liberal dəyərlərin və multikulturalizmin böhranı haqda Monitorinqin məqsədləri, xarakteri və metodologiyası haqda Birinci hissə. Multikulturalizmin böhranı haqda İkinci Hissə. Korrupsiya Üçüncü Hissə. İfadə azadliğinin pozulması Dördüncü Hissə. Almaniyanin penitensiar, hüquq-mühafizə və məhkəmə sistemlərindəki problemlər və qanunvericilik praktikasındaki qüsurlar Beşinci Hissə. Etiraz aksiyalarının dağıdılması zamanı əsassız güc tətbiqi Altıncı Hissə. Almaniyanın təhsil sistemində insan haqlarına riayət olunması Yekun “İnsan haqları uğrunda” İctimai Birlik

Almaniyada insan haqları ilə bağlı vəziyyətin tədqiqi zamanı tədqiqat qrupu alman cəmiyyətinin ayrı-seçkiliyə məruz qalan əsas seqmentini müəyyənləşdirməyə nailoldu. İmmiqrantlar dövlət orqanlarının əhalinin bu təbəqəsinin alman cəmiyyətinə inteqrasiyasında maraqlı olmamasından şikayətləndilər. Ölkədə alman dili kurslarının sayı kifayət qədər deyil, dövlət immiqrantların Almaniyanın tarixinə və mədəniyyətinə, ölkənin xüsusiyyətlərinə bağlanması üçün xüsusi proqramları stimullaşdırmır. Bunlar isə təhsil hüquqlarının pozulması problemlərindən biri kimi nəzərdən keçirilə bilər.

Xarici işlər nazirinin müavini, Almaniyanın Ombudsmanı Markus Löninq hesab edir ki, dövlət immiqrantların alman cəmiyyətinə inteqrasiyası üçün bütün lazımi şəraiti yaradır, amma yabançı mədəniyyətin nümayəndələrinin özləri yeni cəmiyyətə inteqrasiya etməyə lazımi qədər həvəs göstərmirlər: “Onlar öz köklərindən qopub ayrıla bilmirlər, dili və mədəniyyəti öyrənmir, özlərinə qapanmış halda, əlahiddə yaşayırlar və yeni ölkəyə də daha çox öz maddi vəziyyətlərini yaxşılaşdırmaq mənbəyi kimi baxırlar”.

Lakin Vestfaliya federal torpağının əmək, inteqrasiya və sosial siyasət naziri Güntrama Şnayder ombudsmanın bu fikirləri ilə razılaşmır. Nazir belə hesab edir ki, immiqrantlarda, xüsusilə də türk icmasının nümayəndələrində inteqrasiya olunmaq və Almaniyada təhsil almaq istəyi çox güclüdür. Lakin nazirin qənaətinə görə, dövlət özü immiqrantların yeni cəmiyyətə inteqrasiyasına lazımi dərəcədə maraq göstərmir.

Düsseldorf federal torpağı bundestaqının deputatı Arif Ünal da Almaniya Ombudsmanının mövqeyi ilə razılaşmır. Onun fikrincə, dövlətin də vətəndaşların iradəsini zorlamaq, onları orta əsrlərdə olduğu kimi məcburi assimilyasiyaya məruz qoymaq hüququ yoxdur. Çünki bu, insanların öz milli və etnik xüsusiyyətlərini qoruyub saxlamaq və inkişaf etdirmək kimi fundamental hüquqlarının müdafiəsini nəzərdə tutan insan haqları barədəki universal təsəvvürlərə ziddir. A.Ünalın qiymətləndirməsinə görə, cəmiyyətə inteqrasiya olunmaq, dilin öyrənilməsi, mədəniyyət və folklora, milli dəyərlərə qoşulub uyğunlaşmaq prosesi immiqrantların vəzifələri siyahısına daxil deyil. Bunlar daha çox alman təhsilinin və Almaniya hökumətinin maarifçilik siyasətinin qarşısında dayanan vəzifələrə daxildir. Deputat hesab edir ki, Almaniyanın problemi ondadır ki, o, özünün gələcək inkişaf konsepsiyasını heç cür müəyyən edə bilmir.

Köln şəhər bələdiyyəsinin başçısı, Yaşıllar Partiyasının nümayəndəsi Korneliya Vitsek Yunqun fikrincə, inteqrasiya prosesi zamanı ən çox problemlərlə rus və türk icmalarının təmsilçiləri, həmçinin yaş həddi ilə bağlı yeni həyata başlamaqda çətinlik çəkən “köhnə nəsil”, təqaüdçülər üzləşirlər.

Lakin Almaniyanın təhsil sistemi immiqrantların alman cəmiyyətinə inteqrasiyasını təmin etməyə hazırdırmı? Və təhsil sistemi insan hüquqlarına riayət olunması baxımından nə dərəcədə effektivdir?

Professor Vernor Munyos BMT-nin İnsan hüquqları üzrə Şurasının məruzəçisi qismində 2006-cı ilin fevralında Almaniyada səfərdə olmuşdu. O, insanların təhsil hüququnun Almaniyada necə həyata keçirilməsi problemini tədqiq edib. Professorun gəldiyi nəticə belə idi: bu hüquq Almaniyada lazımi qədər reallaşdırılmır. Aztəminatlı ailələrdən, əsasən də immiqrant ailələrindən olan uşaqların zəngin Qərbin təhsil sistemində oxuması ciddi şəkildə çətinləşdirilib. Belə ailələrdən olan uşaqlar məktəb təhsili sistemində oxumaq üçün çox az imkanlara malikdir. Buna görə də onlar nadir hallarda hansısa formal peşə təhsili alırlar.

Almaniyada dövlət təhsil sistemi prinsip etibarilə pulsuz və açıqdır. Onun üstünlüyü də bundadır. Lakin təhsil alanların 10 faizə yaxını özəl məktəblərə, əsasən də kilsə məktəblərinə gedir. Özəl məktəblərdəki bu tendensiya davam edir və zənginlərlə kasıblar arasındakı sosial qütbləşmənin artması ilə bir daha təsdiqlənib sübut olunur. Zəngin valideynlər çox vaxt yanlış olaraq belə hesab edirlər ki, madam bu məktəb özəldir, deməli, o, yəqin daha yaxşı təchiz edilib və tələbələr orada dövlət məktəbləri ilə müqayisədə daha keyfiyyətli təhsil alırlar. Təhsilin effektivliyinin müqayisəli təhlili göstərir ki, bu təsəvvürlər reallıqdan uzaqdır.

Son illər təhsil sistemində bəzi dəyişikliklər baş verib. Yeni özəl təhsil müəssisələri yaradılıb. Onlar bir qayda olaraq kolleclərdir və biznes sahəsində təhsil təklif edirlər. İxtisaslı elmi və ya mühəndis hazırlığının, yaxud hətta tibb məktəbinin dəyəri o qədər yüksəkdir ki, bu sahələr üzrə təhsil özəl şəkildə təşkil oluna bilməz.

Almaniyada təhsil sisteminin dövlətin nəzarəti altında olması məktəb və kolleclərin əsasən özəl, təhsilin isə çox baha olduğu digər ölkələrlə müqayisədə əlbəttə ki, üstünlükdür. Təhsilə dövlət nəzarəti federal səviyyədə həyata keçirilir. Belə təhsil sistemi 16 federal torpaqda mövcuddur. Məktəb və kolleclər yalnız federal torpaqlar arasında təhsil nazirləri və baş nazirlər səviyyəsindəki sazişlər əsasında, daimi konfranslar çərçivəsində açılır.

Alman təhsil sistemi ərazi baxımından həddən artıq qeyri-yekcinsdir. Məsələn, Bremen və Şimali Reyn-Vestfaliya federal torpaqlarında orta məktəb məzunlarının yarıdan çoxu ali təhsil almır, Maklenburq-Ön Pomeraniyada isə yalnız 38 faizi. Federal torpaqlarda ali təhsilin maliyyələşdirilməsi səviyyəsi də eyni deyil ki, bu da ifrat qeyri-bərabərliyin nəticəsidir. İrlandiya boyda olan Maklenburq-Ön Pomeraniya kimi kasıb federal torpağın infrastrukturunu yaxşılaşdırmaq üçün ona sadəcə olaraq universitetlər lazımdır. Bu federal torpaq öz professorlarına zəngin ölkə ilə müqayisədə çox az maaş təklif edə bilər. Burada maaşlar da müxtəlifdir.

Təhsil xərcləri

2009-cu ildə Almaniyada uşaq bağçalarının, məktəblərin və kolleclərin saxlanmasına, habelə texniki peşə hazırlığına 100 milyard avroya yaxın vəsait xərclənib. Federal hökumət təhsil sahəsinə 70 milyard avrodan çox vəsait qoyub. Bu isə ümumi daxili məhsulun 5,3 faizinə bərabərdir. Beləliklə, Almaniyada təhsilə ayrılan xərclər bu sahədəki orta göstəricisi 6,2 faiz təşkil edən ölkələrdən xeyli azdır.

Uşaq bağçaları

Məktəbəqədər təhsil sahəsindən başlayaq. Uşaq bağçaları uzun illər ərzində yalnız “uşaqlara qulluq yeri” kimi təsəvvür olunurdu. Lakin son onilliklərdə bütün federal torpaqlarda uşaq bağçaları üçün təhsil proqramları işlənib hazırlanıb. Təhsil məmurları uşaqlarda təkcə dil vərdişlərinin yox, həm də sosial, hərəki və koqnitiv vərdişlərin inkişaf etdirilməsini vacib sayıblar.

Uşaq bağçalarının pedaqoqları orta təhsillə daxil olmağın mümkün olduğu texnikumlarda təhsil alırlar. Burada təhsil akademik səviyyə baxımından aşağıdır. Buna uyğun olaraq da aztəminatlı şagirdlər öz təhsil haqlarını ödəyə bilmirlər. 2011-ci ilin martında 3 yaşlı immiqrant uşaqlarının 14 faizi gündəlik qulluq mərkəzinə gedib. Ora gedən qeyri-miqrant uşaqlarının sayı isə 1/3 hissəyə yaxın olub. İmmiqrant uşaqlarının 85 faizi 3-5 yaş arasındadır.

Məktəb

Məcburi təhsil adətən 6 yaşdan başlayır. Federal torpaqların əksəriyyətində ibtidai məktəblər var. Orada təhsil 4 ildir, Berlin və Brandenburqda isə 6 il. Məktəbdə təhsilin ilk iki ili bir qayda olaraq qeydə alınmır. Əksər yerlərdə müxtəlif məktəblərdən olan uşaqların bir neçə il bir sinifdə oxuması qaydası təcrübədən keçirilir. Burada pedaqogikanın öz fikrini dəyişməsinin əlamətləri var: əgər biri bir qədər qabağa gedirsə, güman olunur ki, şagirdlər eyni zaman ərzində bu uğura nail ola bilərlər. Beləliklə də müəllimlər hər uşaqla işin spesifikasına indi daha çox diqqət yetirir və hər uşağı konkret vərdişlərə necə alışdırmağın və tələbatların necə ödənilməsinin mexanizmlərini öyrənirlər. Bununla da uşaqlar nəinki təkcə müəllimdən, həm də bir-birindən öyrənəcəklər ki, bu da vacibdir.

Seçim, yoxsa hamı üçün məktəb?

Aşağı məktəb yaşlı alman uşaqlarının dərsdə müvəffəqiyyət dərəcəsi üzrə bu yaxınlarda nəşr olunmuş beynəlxalq indeksdə bu səviyyə yenə ortadan yuxarıdır. Ən təəccüblüsü odur ki, 15 yaşlı məktəblilər test imtahanlarında dəhşətli nəticələr göstərirlər.

"Görünür, alman məktəb sistemində ibtidai və orta məktəb arasında insan haqları ilə bağlı nəsə qaydasında deyil” - deyə BMT-nin eksperti V.Munyos bəyan edib.

4-cü ildən sonra, uşaqlar 10 yaşa çatanda məktəbin seçimi onun tipindən asılı olaraq baş verir. Məktəblərin bu cür erkən şəkildə tiplərə bölünməsinə yalnız Almaniyada rast gəlinir. Bu ölkədə ənənəvi olaraq ibtidai, orta və ali məktəblər var. Ötən əsrin 70-ci illərində əksər ümumtəhsil məktəbləri müxtəlif qabiliyyətlərə və məhsuldarlığa malik uşaqların ən azı 10-cu sinfə qədər bir yerdə oxuya bilməsinə şərait yaradacaq şəkildə dəyişdirilib yenidən təşkil olundu. Təhsil müddəti 13 il olan orta məktəbdə oxumağı, yoxsa kollec tələbəsi olmağı seçmək məsələsi öz həllini yalnız 10-cu sinifdə tapır. Almaniyada bu cür məktəb tipi digər ölkələrdən fərqli olaraq artıq qalib gələ bilməz.

Şərqi Almaniyada 10-cu sinfə qədər təhsil verən politexnik orta məktəblər tipi artıq 50-ci illərdə tətbiq edilmişdi. Almaniya birləşəndən sonra Qərbi Almaniyanın üçpilləli məktəb təhsili sistemi şərq əyalətləri tərəfindən də qəbul olundu. Lakin özündə ibtidai və orta məktəb kurslarını birləşdirən ikipilləli təhsil sistemi orta məktəblərdə 10-cu sinfə qədər qalırdı. Bu cür ikitərəfli kurs modeli tədricən qərb əyalətlərində də qəbul edildi. Bütün şagirdlərin təxminən 1/5 hissəsi məktəbdə ən azı bir dəfə ikinci ilə (başqa sözlə, sinifdə) qalır, yəni onlar təhsil ilini təkrar etməlidirlər. Orta məktəblərin aşağı siniflərindən hər il 50 000-ə yaxın şagirdi məktəbdən xaric edirlər.

Lakin təhsilin aşağı formasından yuxarı formasına adlayıb keçməyi bacaran uşaqların sayı elə də çox deyil. Onlar ayrıca siniflər şəklində təşkil olunacaqlar, ya yox? Bu məsələ ilə bağlı müxtəlif təhsil konsepsiyaları var: bunun mənası varmı, ümumiyyətlə, eyni istedad, bacarıq və təhsil səviyyəsinə malik siniflər yaratmaq mümkündürmü? Yoxsa müxtəlif qabiliyyətlərə malik uşaqların bir-birindən öyrənməsi və onların hər birinin fərdi qabiliyyətlərinə uyğun şəkildə maliyyələşdirilməsi daha yaxşıdır? Uşaqlar daha yüksək səviyyəli məktəbi buraxıb daha aşağı formalı məktəbə keçmək üçün təzyiqə ehtiyac hiss edirlərmi? Yaxud zəif şagirdlərin daha güclülərə arxalanmasının mümkün olduğu variant yoxsa heç də yaxşı çıxış yolu deyil? Bütün dünyaya belə bir fikir qəbul etdirilir ki, inklüziv təhsil nəinki təkcə yaxşı nəticə, həm də hər bir adama daha yaxşı və effektiv təhsil almaq hüququ verir; bu imkan isə əsasən elitanın ideologiyası və onun təzyiqləri sayəsində əvvəlki kimi Almaniyadadır.

Xüsusi məktəblər

Nəhayət, Almaniyada uşaqların 5 faizə yaxını xüsusi məktəblərə gedir. Bu müəssisələr “xüsusi ehtiyacları” - fiziki və ya əqli çatışmazlıqları olan uşaqlar üçün, həmçinin belə demək mümkünsə, əlillər və “emosional və sosial ehtiyacları” olan uşaqlar üçün nəzərdə tutulub.

BMT-nin Əlillərin və Uşaqların Hüquqlarına dair Konvensiyasına uyğun olaraq heç bir seqreqasiya, ayrı-seçkilik olmadan hamının və hər kəsin məktəbdə təhsil almaq hüququ var, lakin bu hüquq ümumtəhsil məktəblərinin müvafiq yardımı ilə reallaşdırılmalıdır ki, həmin şəxslər cəmiyyətə inteqrasiya etmək baxımından daha çox şans əldə edə bilsinlər. Bu da nəzərə alınmalıdır ki, bütün uşaqlar müxtəlifdir, amma onların normallıq dərəcəsi tez-tez sərbəst şəkildə qiymətləndirilir. Bu, təkcə məhdud imkanlara malik uşaqlara aid deyil. Bu, həm də məsələn, ana dili alman dili olmayan, özləri isə müvafiq maliyyələşmə şərtlərinə malik ümumtəhsil məktəblərində oxumaq imkanları əldə etməli olan uşaqlara da aiddir. 

Ərizələr

60-70-ci illərə qədər şagirdlərin əksəriyyəti ibtidai məktəblərə gedirdi. Orta məktəbdə tədris prosesi şagirdləri peşəkar təhsilə hazırlayır. Bu gün isə çox az adam ibtidai məktəblərə gedir. Məzunların 20 faizindən azca çoxu təhsilini davam etdirir. Bütün gənclərin 6 faizə yaxını məktəbləri heç bir əsas olmadan tərk edir. Avropa Şurasında aparılan araşdırmalara görə, alman vətəndaşlarının hər beş nəfərindən biri funksional savadsızdır, yəni gündəlik işlərinin öhdəsindən gələ biləcəkləri səviyyədə yazıb-oxumağı bacarmırlar.

Təhsil mühitinin 10-cu sinifdən sonra gəlib çatdığı son qəti hədd ixtisaslı peşəkar proqramlarda iştirak etmək hüququ verən orta məktəbdir. Bu ixtisas proqramlarına diplomu məzuna kommersiya işinə, tibb bacısı peşəsinə və ya müəllimliyə iddia etmək imkanı verən kommersiya məktəbləri daxildir.

60-cı illərə qədər tələbələr 5 faizədək idi, bu gün isə artıq 40 faizdən çoxdurlar. Əgər təhsil almaq hüququ olan, yəni məhz orta məktəb attestatına və ya yalnız texniki ali məktəblərin müəyyən kurslarına daxil olmaq üçün diploma malik olan bütün tələbələri cəmləsək, onların sayı universitetə daxil olmağa hazırlaşan bütün abituriyentlərin yarısı qədər olar. Bu, tarixi inkişaf baxımından ola bilsin ki, çoxdur. Amma sənaye cəhətdən inkişaf etmiş digər ölkələrlə, məsələn, bütün yeniyetmələrinin 70 və ya 80 faizi orta məktəb attestatı almış Koreya ilə müqayisədə azdır.

Təhsildəki çatışmazlıq

PİSA-nın nəticələrinə görə, 15 yaşlı şagirdlərin vərdişlərinin beynəlxalq səviyyədəki müqayisəsi göstərir ki, nə vaxtsa hörmətə layiq olan alman təhsil sisteminə qarşı tənqidlər artır. Belə ki, xeyli uşaq və gənc keyfiyyətli təhsil prosesindən kənarlaşdırılıb, yazıb-oxumağı bacarmayanların xüsusi çəkisi isə inkişaf etmiş sənaye ölkələrindən ötrü kifayət qədər çoxdur. Elə təhsilin çatışmazlığının səviyyəsi də yüksəkdir. Digər tərəfdən, keyfiyyətli təhsildən kənarda qalanlar arasında çox yaxşı tələbələr də yetərincədir.

“Aydın görünür ki, ilkin qiymətləndirmə həm nisbətən az uğur qazanmış uşaqlardan və gənclərdən, həm də aztəminatlı ailələrdən və immiqrantlar arasından olan tələbələrdən, yaxud əlillərdən ötrü böyük əhəmiyyət daşıyır. Bunu belə bir mübahisəsiz fakt da təsdiqləyir ki, aztəminatlı ailələrin və immiqrantların uşaqları əsas məktəbdə artıqlaması ilə təmsil olunurlar, orta məktəbdə isə kifayət qədər təmsil olunmurlar” - deyə BMT-nin insan haqları üzrə xüsusi məruzəçisi Vernor Munyos yazır.

Miqrant uşaqlarının əsas məktəbdə təhsil almaq şansları qeyri-miqrantların uşaqları ilə müqayisədə iki dəfə artıqdır. Bunlar əsasən türk mənşəli uşaqlardır. Son illər Almaniyada həddən artıq miqrant uşağı təhsil almaq imkanından məhrum olub. Bu da sosial səbəblərlə yox, daha çox etnik səbəblərlə bağlıdır. Onlar daha çox kasıb ailələrdən olan talesiz uşaqlar, bir də valideynləri ali təhsil almayanlardır. İkinci və üçüncü nəsildən olan miqrantlar əksər hallarda sosial baxımdan bir qədər yüksək pilləyə qalxır. Onların çoxu özlərinin bu yerə çatana qədər yaşadıqlarını nəzərə alaraq öz uşaqlarına bu cəmiyyətdə yaşaya bilmək üçün daha çox şans verməyə can atırlar. 2007-ci ildə valideynləri tərəfindən oxumağa göndərilmiş təhsil alan uşaqların sayı 70 faizə çatmışdı.

Almaniyadakı peşəkar ikili təhsil sistemi artıq beynəlxalq səviyyədə qiymətləndirilib. Təhsilin çox hissəsi iş yerində keçir. Lakin bu zaman bütün dinləyicilər həftənin ən azı bir gününü peşəkar və ümumi biliklər aldıqları peşəkar məktəblərdə keçirirlər. Müəyyən proqramlara riayət etmək şərti ilə şirkətlərdə peşə öyrənilməsi işi nazirliklər, işəgötürənlər və həmkarlar təşkilatları arasında razılaşdırılıb.

Belə hazırlıqdan sonra təxminən 300 000 nəfəri keçid dövrü üçün olmaqla 500 000-ə yaxın gənc seçilir. Bu zaman dövlət qarşıdakı iş həyatları ilə bağlı hazırlıq keçən gənclər üçün kursların təşkilini maliyyələşdirir. Tənqidlər də onunla bağlıdır ki, bəzi gənclər bu kurslarda bir-birinin dalınca treninqlər keçsələr də 22-23 yaşlarına çatanda da real təhsilə malik olmurlar. Həmçinin məktəblərin təlim kursları da var, məsələn, müəllim, tibb bacısı kursları kimi. Lakin elə köməkçi peşələr də var ki, onları məktəbdə də öyrənmək olar.

Şagirdlərin 20 faizə yaxını belə məktəblərdə oxuyur. Miqrant uşaqları burada xüsusilə əlverişsiz vəziyyətə düşürlər. Alman yeniyetmələrin immiqrantlar olmayan məktəblərdə müvəffəqiyyət dərəcəsi iki dəfə, əcnəbi gəncləri kommersiya fəaliyyətinə heç bir nəzarət olmadan öyrədilməsi imkanları isə beş dəfə artıq olur. Texniki peşə təhsili şübhəsiz ki, yüksək standartlara malikdir. Problem yalnız ondadır ki, burada şagirdlərin sayı həddən ziyadə azdır. Lakin burada bir təzad da mövcuddur: şirkətlər təkcə keçən il ixtisaslı işçi çatışmazlığının artımından şikayətlənmişdilər, amma onlar özləri daha çox şagirdə malik olmaq istəmirlər, halbuki bu, sonunculara ehtiyacın miqyasını daha yaxşı göstərə bilərdi.

Universitetlər

Almaniyada ali təhsilin maliyyələşdirilməsi dövlət məsələsidir. Universitetlər ölkənin sərvətlərinin necə paylanmasından asılı olaraq müxtəlif cür səpələnib yerləşiblər. Cənubda, Bavariya və Baden-Vürtemberqdə xeyli universitet var. Maklenburq-Ön Pomeraniyada və şimalda isə onların sayı nisbətən azdır. Onlar iqtisadi və sosial inkişaf baxımından depressiv rayonlarda daha çox fayda verə bilərdi.

Almaniyada ali məktəblər universitetlər və texniki ali məktəblər olmaqla iki əsas tipə bölünür. Klassik universitetlər magistr və ya elmlər doktoru diplomu almağa imkan verir. Həkimlər, hüquqşünaslar, müəllimlər, alimlər və digərləri ən son elmi yeniliklərə əsaslanaraq universitetlərdə öz elmi dərəcələrini yüksəldə bilərlər. Peşəkar təhsil kollecləri isə başqa istiqamətə yönəlib. Arxitektorlar, mühəndislər, pedaqoqlar və işgüzar adamlar kollec və universitetlərdə təhsil alırlar. Kollecdə təhsil universitetlərlə müqayisədə ənənəvi olaraq ucuzdur ki, bu da öz əksini məzunların başlanğıc maaşlarında tapır.

Boloniya prosesi və bakalavr və magistrlərin hazırlanması üzrə qısamüddətli və uzunmüddətli proqramların tətbiqi nəinki təkcə kursu, həmçinin universitetlərlə politexnik institutları arasındakı münasibətləri dəyişib. Hazırda universitetlərdəki təhsil hər şeydən əvvəl texniki peşə hazırlığı kimi düşünülüb. Bakalavr dərəcəsi almaq üçün bir qayda olaraq ən azı 6 semestr oxumaq tələb edilir. Magistratura proqramları isə kolleclərdə necə soruşulub tələb olunursa, universitetlərdə də elədir. Bu baxımdan kolleclərlə universitetlər arasındakı fərqlər aradan qaldırılıb. İndi universitetlərdə tətbiqi elmlərin öyrənilməsinə də imkan var.

Bütövlükdə demək olar ki, bütün kurslar hal-hazırda ikihəftəlik çalışma versiyası şəklinə salınıb. Ali məktəb müəllimlərinin, həkim və hüquqşünasların verdiyi dövlət imtahanlarına istinadən komplektləşdiriləcək proqramların yaradılması isə daha böyük çətinlik törədir. Bu islahatın məqsədlərindən biri tələbələrin təhsildəki birinci fasilədən sonra yüksək dərəcədə (orta hesabla 30 faiz) ələnməsini azaltmaq və onların dərəcəsiz qalmasının qarşısını almaq idi. Tələbələr 6 semestrdən sonra bakalavr dərəcəsi alaraq diplomlarını bir kənara atırlar. Sonra tələbələr universitetləri tərk edəndə isə onların ali təhsilə bəslədikləri ümidləri özünü doğrultmur. Təhsildə ələnmə səviyyəsi əvvəlki kimi kifayət qədər yüksəkdir.

Bu isə əlbəttə ki, proqramın hazırda güclü şəkildə məhdudlaşdırılması faktı deməkdir. Və tələbələrin sayının çox olması ilə əlaqədar bu vəziyyəti düzəltmək mümkün olmadı, onlara qarşı da eyni tələblər irəli sürülməlidir. Son illər tələbələrin sayı kəskin şəkildə artıb. Hazırda alman universitetlərində 2,5 milyon tələbə oxuyur. Bu isə indiyə qədər olan ən böyük rəqəmdir. Ali təhsil xərcləri də güclü şəkildə artıb.

Nəticədə ali məktəblərin əksəriyyətində abituriyentlərin yalnız bir hissəsi təhsilini davam etdirə bilir. Ali təhsil sistemində təhsilin keyfiyyətinə nəzarət çox aşağı səviyyədədir. Ali məktəbdən qovulanların sayı isə çox böyükdür. Buna görə də qovulan tələbələrin sayı universitetdən və ya ali məktəbdən asılı olaraq 25 faizdən 50 faizə qədər təşkil edə bilər.

Nəticə:

Beləliklə, Almaniyada məktəb təhsilinin səviyyəsi pis hesab edilməsə və bu günə qədər də hamı üçün pulsuz olsa da hazırkı vəziyyət yaxşı təhsil alanlarla hələ təhsilini davam etdirənlər arasındakı qütbləşməni şərtləndirməkdədir. Almaniya bunu nəzərə alır ki, onun əhalisinin 1/5 hissəsi - uşaqlar və gənclər - gələcəkdə təhsil alarkən və sonralar işə düzələrkən daha çox çətinlik çəkəcək. Bu, uzaq perspektivdə ölkənin iqtisadi və sosial inkişafı üçün məşum nəticələr doğura bilər. BMT Komissiyasının insan haqları üzrə məruzəçisi Vernor Munyos da tamamilə haqlı olaraq bildirir ki, hamının təhsilə azad çıxışının olması təkcə hər insanın sadəcə hüquqlarından biri yox, həm də iqtisadi zərurətdir. Buna görə də BMT ekspertləri hesab edir ki, Almaniya hələ xeyli boşluqları doldurmalı və çox iş görməlidir.

Növbəti bölmə